Şrift:
Albaniya parlamenti Türkiyədən PUA almaq üçün əlavə vəsait ayrılmasını təsdiqləyib
02.07.2021 [10:45] - Gündəm, Türk dünyası-Turan
Albaniya parlamenti Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün ölkənin Müdafiə Nazirliyinin büdcəsinə əlavə 8 milyon avro vəsait ayrılmasını təsdiqlə

Anadolu agentliyinə istinadla xəbər verir ki, Albaniyanın Türkiyədən PUA alması barədə razılaşma bu ölkənin Baş naziri Edi Ramanın ötən ay Ankaraya səfəri zamanı əldə olunub.

Baş nazir Edi Rama bu razılaşma ilə bağlı fikirlərini belə ifadə edib ki, Albaniya hökuməti Türkiyə PUA-ları ilə yolları, sahil zolaqlarını, meşələri, ictimai asayişin mühafizəsini gücləndirmək niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 2854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed