02.07.2021 [10:54] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test mərhələsi başa çatıb.
Muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən iyunun 7-22-də keçirilən test imtahanının nəticələrinə əsasən, 662 namizəd imtahanlarda iştirak edib, 285 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu test imtahanları bitdikdən sonra bir ay müddətində - iyulun 22-ə qədər davam edəcək.
Müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 729 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (148 nəfər), Təhsil Nazirliyi (142 nəfər), Dövlət Sosial Müdafiə Fondu (140 nəfər) öndə gəlir. Ən çox müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə Gənclər və İdman Nazirliyidir. Nazirliyin təqdim etdiyi bir vakant vəzifənin tutulması üçün 100 namizəd qeydiyyatdan keçib.
Muxtar respublikada dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sahəsinin yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və Vətənə sədaqətli insanların cəlb olunmaqla komplektləşdirilməsi üçün mütəmadi olaraq müsabiqələr keçirilir. Növbəti müsabiqə də bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsidir.

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |