08.12.2012 [11:07] - Gündəm, İqtisadiyyat
«Ermənistanın Dağlıq Qarabağı tanıması rəsmi Bakını qıcıqlandıra və hərbi əməliyyatların başlanmasına təkan verə bilər»
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bütün region üçün təhlükəlidir. Bunu bütün beynəlxalq təşkilatlar, regionda marağı olan dövlətlər və hətta işğalçı Ermənistan da dərk edir. Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmaması Ermənistan iqtisadiyyatını iflic edib. Son bir ildə Ermənistanı 150 min adamın tərk etməsi də bu münaqişənin doğurduğu fəsadlarla bağlanılır. Bəs ermənilərin özləri bu barədə necə düşünürlər?
Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan «Xalq Cəbhəsi» qəzetinə açıqlamasında təəssüflə bildirdi ki, bu gün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar demək olar ki, dondurulub: «Amma bir pozitiv tərəfi də var ki, bu il oktyabrın 27-i Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqların davam etməsinə hazır olduqlarını bəyan ediblər».
Politoloq Azərbaycanın bu gün regionda apardığı siyasəti də qiymətləndirdi. O, bildirdi ki, əgər nəqliyyat və enerji layihələrini, iqtisadi imkanları nəzərə alsaq, onda sözsüz ki, Azərbaycanın bu siyasəti, yəni, qazın və neftin alternativ yollarla Avropaya çatdırılması və gələcəkdə əsas nəqliyyat yollarının (Şimal-Cənub, Qərb-Şərq) keçdiyi tranzit bir ölkəyə çevrilməsini təqdirə layiq hesab etmək olar. Burada ancaq bir şey narahatlıq doğurur ki, bu da Ermənistanın transregional layihələrdən kənarda qalmasıdır. Politoloq gələn il də münaqişənin həllindən heç nə gözləmədiyini dedi: «Nəzərə alsaq ki, 2013-cü idə Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçiriləcək, onda heç nə dəyişməyəcək. Seçki qabağı heç kim kompromisə getməyəcək».
Müharibə ehtimalına gəlincə isə Stepan Qriqoryan bildirdi ki, Qarabağ konfliktinə görə regionda müharibənin olmasına çox az bir ehtimal var. Kim hərbi əməliyyatlara birinci başlasa dərhal beynəlxalq birlik tərəfindən təcrid olunacaq. İkincisi, qələbəyə tam əmin olmasa heç kim bu riski etməyəcək. Üçüncüsü, regionun əsas oyunçuları, Rusiya, ABŞ, Türkiyə və İran, hər halda indiki mərhələdə bunu istəmirlər. Müharibənin ziyanlı olduğuna ən əsası bir arqument var: əgər hərbi əməliyyatlar başlasa, onda Rusiya dərhal öz hərbi kontingentini cəbhə boyu yerləşdirəcək. Amma hərbi əməliyyatların başlanması üçün ciddi bir faktor rol oynaya bilər ki, bu da ABŞ-ın və yaxud İsrailin İrana qarşı müharibəyə başlanmasıdır». Erməni politoloq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da söhbət açıb. Bildirib ki, KTMT-nin Hizamnaməsinin 4-cü maddəsinə əsasən üzv ölkələrdən birinə kənardan hərbi müdaxilə olarsa bu zaman digər dövlətlər həmin ölkəyə öz dəstəyini verməlidirlər: «Azərbaycan bu təşkilatın üzvü deyil və hərbi əməliyyatlar başlansa, de-yure bu ölkələr Ermənistanın tərəfində olacaq və onu müdafiə edəcəklər. Orta Asiya ölkələrinin öz regional problemləri var, ona görə də onlar bu məsələdə aktiv olmayacaqlar. KTMT ancaq siyasi dəstək verəcək, amma Rusiya hərbi».
«Sizcə tərəflər müttəfiqlərin köməyinə ümid edə bilərlər? Biz qardaş Türkiyə, İƏT, GUAM-dan, Ermənistan isə Rusiyadan və KTMT-dən» sualının cavabında politoloq bildirdi ki, tərəflər əsasən siyasi dəstək alacaqlar: «Türkiyə iqtisadi kömək də edə bilər. Hərbi dəstək isə ancaq Rusiya tərəfindən olacaq».
Erməni politoloq Ermənistan parlamentinin Dağlıq Qarabaın müstəqilliyini niyə tanımadığına da münasibət bildirdi: «Bu düzgün qərardı. Hesab edirəm ki, ATƏT-in Minsk qrupun çərçivəsində sülh danışıqları ilə bağlı imkanlar hələ ki, tükənməyib. Tanımaq isə o deməkdir ki, Ermənistan danışıqlar prosesindən çıxır. Bu da öz növbəsində rəsmi Bakını qıcıqlandıra və hərbi əməliyyatların başlanmasına təkan verə bilər. Məncə Ermənistan bu addımı atsa Minsk qrupa daxil olan ölkələrin ( ABŞ, Rusiya və Fransa) dəstəyini ala bilməyəcək».
Stepan Qriqoryan Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağ ərazisində məskunlaşmadırılması ilə bağlı sualımızı da cavablandırdı: «Bilirsiz, bizim cəmiyyətlərimizdə bir-birimizə qarşı steriotiplər mövcuddur. Fikirləşmək ki, ermənilər Qarabağa görə hər şeyi qoyub ora köçə bilərlər — bu həmin stereotiplərin biridir. Bunun cavabı çox sadədir. Suriya erməniləri orta və xırda biznes ilə məşğul olublar, ona görə onlar daha çox ABŞ və Avropaya köçməyi üstün tuturlar. Çünki orda yaşayış daha rahat və stabildir. Cəmi 2500 nəfər müvəqqəti olaraq Ermənistana gəlib. Onların da Ermənistan vətəndaşlığını almaq üçün çox az bir hissəsi müraciət edib. Ona görə Suriya ermənilərinin Qarabağa köçürülməsi haqqında danışmaq düzgün olmazdı».
Erməni politoloqun qənaətinə görə, Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində Madrid prinsipləri əsasında danışıqların davamı olmalıdır. Hesab edirəm ki, azərbaycanlıların və ermənilərin bir-birlərinə qarşı etimadının və inamının artırılmasına çalışmaq lazımdır. Əgər bu olmasa, hətta ən yaxşı və hər iki tərəfi razı salan variantın həyata keçməsinin də heç bir şansı olmayacaq».

Bu xəbər oxucular tərəfindən 1612 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |