02.07.2021 [11:08] - Xəbərlər, Mədəniyyət
Almaniyanın Dortmund şəhərində gənclərin sərbəst güləş üzrə keçirilən Avropa çempionatında milli yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Turan Bayramov və Abşeron rayon uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Abşeron rayon uşaq-gənclər idman-şahmat məktəbinin digər yetirməsi Aydın Əhmədov isə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |