02.07.2021 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 1-də Ərdəbil şəhərinin milli-mədəni və sinfi fəalları İranın müxtəlif şəhərlərində işçilərin başlatdıqları tətil və etiraz aksiyalarına dəstək veriblər.
Onlar şəhərin müxtəlif park və küçələrində tətil aksiyasına qoşulan işçilərin haqlı istəklərinə türk və fars dillərində dəstək məzmunlu afişalar, yazılı vərəqələr yapışdıraraq, İran hökumətinin ədalətsiz siyasətlərinə etirazlarını ifadə ediblər.
İranda sığortaya daxil olan işçilərin minimum əmək haqqı 3.500.000 tüməndir (bu günkü məzənnə ilə 140$), bu da İranda hesablanan yoxsulluq həddinin yarısından azdır.
Bu arada Əmək Nazirliyinin nəzarəti xaricindəki iş yerlərində işləyən və heç bir sığortası, müqaviləsi olmayan və "yeraltı işçilər" deyilən işçilərin vəziyyəti daha pisdir. 2019-cu ilin avqust ayında Ali İş Şurasının üzvü Əli Xudayi, belə işçilərin sayının 3,5 milyon nəfər olduğunu bildirmişdi.
Sosial Təminat Təşkilatının hesabatlarına görə, dörd nəfərlik bir ailə üçün 2021-ci ildə orta yoxsulluq həddi ayda 8 milyon tüməndən çox hesablanmışdır. Yaşayış səviyyəsinin ortalama miqdarı olaraq adlandırılan bu rəqəm, böyük şəhərlərdə ayda 10 milyon tüməndən çox hesablanır.
Sistemin Məsləhətini Müəyyənləşdirən Şuranın üzvü və Parlament Tədqiqat Mərkəzinin keçmiş rəhbəri Əhməd Təvəkküli, yoxsulluq həddinin altındakı əhalinin sayının 60%-dan çox olduğunu, parlament tərəfindən təsdiqlənmiş subsidiyaların ayrılması ilə bağlı hesabatda isə bu rəqəmin 73%-ə qədər yüksəldiyini bildirib.
Sosial Təminat Araşdırmaları İnstitutu rəhbərinin sözlərinə görə, İranda "mütləq yoxsulluq həddinin altındakı" əhalinin sayı 25 milyon nəfərdir. Buna "qida, içməli su, yaşayış yeri, təhsil almaq və zəruri sağlamlıq xidmətləri" problemi olan insanlar daxildir.
Qeyd edək ki, bir neçə gündür İranın müxtəlif şəhərlərində tətil aksiyaları başlayıb. İlk növbədə neft-kimiya sənayesi işçiləri tərəfindən başladılan tətil aksiyaları qısa müddət ərzində başqa sahələrədə sıçrayıb.
Tətillərə qatılan neft emalı zavodları, poladərtitmə zavodları, neft-kimya və elektrik stansiyalarının müqaviləli işçiləri aylıq maaşlarının 12 milyon tümənə qədər artırılmasını, 20 iş günü qarşılığında 10 günlük məzuniyyət haqqının tanınmasını tələb edirlər. Fəhlələr hazırda 24 iş günü qarşılığında yalnız 6 gün istirahət edirlər.
Neftçilər həmçinin əmək haqlarının vaxtında verilməsini, podratçıların neft sənayesindən kənarlaşdırılmasını, işçilərin işdən çıxarılması hallarına son qoyulmasını və azad iqtisadi zonalardakı mövcud köləlik qanunlarının ləğv olunmasını tələb edirlər.

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |