Şrift:
Gürcüstanda daha iki azərbaycanlı svanların hücumuna məruz qalıb
08.12.2012 [11:27] - Xəbərlər, Borçalı
Dünən axşam saat 21.30 radələrində Qardabaninin Nəzərli kəndindən olan iki nəfər soydaşımız dəmir alətlərlə döyülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əllərində zəncir olan 6 nəfər naməlum şəxs Nəzərli kənd sakinləri Adil Əhmədovun və Bayram Bayramovun mindiyi avtomobilin qarşısını kəsərək onlara ağır bədən xəsarəti yetiriblər. Soyğunçular aradan çıxaraq 5 kilometr getdikdən sonra onların idarə etdiyi ADA-251 dövlət nişanlı “Niva” maşını sakinlər tərəfindən saxlanılıb. Naməlum şəxslər maşından düşərək qaçıblar. Hücum nəticəsində müxtəlif dərəcədə bədən xəsarətləri alan 40 yaşlı Adil Əhmədov və 42 yaşlı Bayram Bayramov Nəzərli sakinləri tərəfindən Qardabani mərkəzi xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı rayon polis idarəsinə məlumat verilib. Cinayət işi qaldırılıb, istintaq aparılır, hücum edən şəxslərin axtarışı davam edir. Hadisənin şahidləri soydaşlarımıza hücum edən şəxslərin milliyyətcə svan olduqlarını bildirir.

Qeyd edək ki, son zamanlar Gürcüstanda bir neçə dəfə soydaşlarımıza qarşı belə hücum faktları qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed