Şrift:
Zaqatalada avtoxuliqan saxlanılıb
05.07.2021 [11:01] - Gündəm, Hüquq
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətini davam etdirib, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib. Yol polisləri bir müddətdən sonra avtomobili saxlamağa nail olub və sürücünün rayonun Kebeloba kənd sakini İsmayıl Bulayev olduğu müəyyən edilib. O, saxlanılaraq Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib. Sürücü barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 2754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed