Şrift:
Filippində təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb
05.07.2021 [11:02] - Gündəm, Hadisə
Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ü mülki şəxs olmaqla 50 nəfərə yüksəlib, 49 hərbi qulluqçu yaralanıb.

RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sirilito Sobejan bildirib.

Onun sözlərinə görə, hazırda təyyarənin göyərtəsində olan bütün sərnişinlər tapılıb.

Xatırladaq ki, iyulun 4-də “C-130” təyyarəsi Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən yerə çırpılıb.
Bu xəbər oxucular tərəfindən 1671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed