05.07.2021 [11:25] - Xəbərlər, Türk dünyası-Turan
ADA Universiteti ilə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Universitetdən bildirilib ki, memorandumu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığa toxunan rektor H.Paşayev Azərbaycan və Qırğızıstan arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirərək, imzalanan sənədlə təhsil sahəsində də əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın regionda dinamik templə inkişaf etdiyini və hər dəfə ölkəyə səfər edən zaman bu inkişafın şahidi olduğunu bildirib.
Sənədə əsasən, hər iki ali təhsil qurumu birgə tədqiqatlar aparacaq, məlumat və təcrübə mübadiləsi həyata keçirəcək. Sənəddə peşəkar kadrların hazırlanması üzrə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulub.
Bununla yanaşı, tərəflər xarici siyasət, beynəlxalq əlaqələr və digər müvafiq sahələr üzrə diplomat və mütəxəssislərin yetişdirilməsi istiqamətində təlim kursları təşkil edəcəklər.
Qeyd edək ki, memorandum beş il ərzində qüvvədə olacaq.

Bu xəbər oxucular tərəfindən 3135 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |