05.07.2021 [11:40] - Gündəm, Hərb
İşğaldan azad olunan ərazilərdə partlamamış silah-sursatların aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, Şuşa Rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində müxtəlif növ 30 qumbara, 10 qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, müxtəlif çaplı 1441 patron və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu xəbər oxucular tərəfindən 1539 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |