Şrift:
Qaxda 600 hektar sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır
06.07.2021 [10:29] - Gündəm, İqtisadiyyat
Bu il Qax rayonunda taxıl biçini başa çatmış ərazilərdə 600 hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılması proqnozlaşdırılır. Bu günədək Qax Aqroparkının, həmçinin Qorağan, Tasmalı və Əlibəyli kəndlərinin ərazilərində 465 hektar sahədə dən üçün təkrar qarğıdalı əkilib və hazırda bu istiqamətdə iş davam etdirilir.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 86 manat subsidiya ödəniləcək.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə və ya 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed