Şrift:
Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsinə 20 min hərbçi cəlb olunub
06.07.2021 [10:35] - Gündəm, Hərb
Tacikistan Prezidenti Emamali Rahmon Əfqanıstanla sərhədin gücləndirilməsi üçün daha 20 min hərbçinin Tacikistan-Əfqanıstan sərhədinə göndərilməsinə göstəriş verib.

Emamali Rahmon Tacikistan-Əfqanıstan sərhədində siyasi və hərbi vəziyyətin gərginləşməsi ilə bağlı respublika Təhlükəsizlik Şurasının üzvlərinə, güc strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinə dövlətin və xalqın təhlükəsizliyinin qorunması üçün sərhəddə konkret tədbirlər həyata keçirilməsini tapşırıb.

Prezident həmçinin dövlət sərhədinin etibarlı qorunması, baş verə biləcək hər cür təhlükənin, transmilli cinayətkarlığın, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin reallaşması üçün də göstəriş verib.
Bu xəbər oxucular tərəfindən 1582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed