Şrift:
Hələbdəki Bir Türkmən Qardaşıma Məktub-Rza Talibi
08.12.2012 [12:53] - DAVAMın yazıları
Salam Qardaşım
Bilmirəm hansı dilə yazam, ərəbcə yoxsa türkcə, bilirəm bəlkə zamanın olmasın bu oxumaya, amma bir xaişim var qurşunlu bir gecədə bunu oxu , qoy məktubum, qələmimim mürəkkəbi savaşı, qorxunu, edamı, və basqını his etsin.
Bilriməm yorğunsan, orası çox zor, siqara burdan daha ucuz! Elə mı? Biz burda çoxuq amma eyni zülüm altında, sənlə heç bir fərqimiz yox, burdada hər şey farsca, bəlkə ərəbcə görünə bilər, amma ...boş ver, burası çox qarışıq, bizdə savaş geçirdik, əmi, tam getdilər savaş, səddamla savaşdıq, amma sonuc bizlə yar olmadı, gəldilər otudular evdə, ordaki mərmi yığanlar, şərbət verənlər indi ən başdadılar, amanadır ha, izin verməyin sizdədə bu işi görsünlər, orda sələvatla şərbət verən varmı?
Neçə kişisiniz! Biz heç bilmirdik ordada türk var, bağışla türkmən, amma nə fərq edər türkük hamımız, bilmirsən axı bizdə hələ dava var, biri deyir yox biz azəriyik, bir deyir yox türkük, biz bu işlərlə məşquluk, sizin footbol taxımınız var mı? Məsələn hələbdə, humusda, bizim var, Tıraxtordur adı, qırmızı köynəkli, yaxşı timdir ya siz demişkən eyi timdir, hamı gedir ona baxmaya, stadlarda yer olmaz,....eləbil çox özümüzdən dedim sənə,..bilriəm orda tıraxtor yox, stadlar cəsədlə dolu, silahlar, tüfənglər...yaxşı yadıma düşüdü....savaş çox həyanclı, elə mı? Indiyə qədər əlimə tüfəng almamışam, çox həvəsliyəm savaşa!!!
Bizim ata deyir suriyədə türkmən yoxdur, hamısı ərəbdilər, deyirəm ata elə onlarda deyir İranda türk yox, hamısı farsdılar,atamdır da qədim bəsicidir, gedər məsciddə molla məmədlə elə tartışar, dəstəmazı belə alım ya elə, öz aramızda qalsın bunlar hamısı belədilər, deyirlər bəşşarda bəsicidir düzdür? Bilmirəm ki burda bir əlı əmi var, biz deyərək ona şümür, çümürü tanırsan kərbəla imam hüseyini şəhid edən? Tanımırsan? Qoy deyim necə birisi, bəşşar kimi, hamını qıran, zalim,...öldürən, şümürlər çoxdur, amam əli şümür başqadır, hər şeyi amerikaya bağlır, küzə sındı...amerika işdir? Qapı Açıldı amerika işidir..yaman adamdır!!)))))))
Qardaş, başını ağrıtdım, bilirəm çoxdandır mücadilə verirsiniz, türkiyə kanalalarına baxıram bəzən, amma getdikcə sizdən gördüyüm videolara azalır....eşidirsən? Tamam, getdikcə gördüyüm videolar azalır....yotubda zor açılır kiliplər...bilirəm şəhidlərlə dolu orası, dil, kültür hamısı ərəbləşmdir, aclıq var..savaş var, kəşkə oraya gələ bilsəydim, tüfəng almayı çox sevərəm, amma ürəyim yox, öz aramızda qalsın qorxuram, insandan, zalimdən, qandan qorxuram, bilmirəm necə sənə yardım edə bilərəm, çoxdandır uzaq düşübsən vətəndən....məndə uzaqam, məndə yalqızam, amma bir gün savaşmalıyam, keybordla yoxsa tüfənglə bilmirəm, Hələbi özləmişəm, bilmirəm bəlkə neçə yüz il budan qabaq orda yaşamışam, soyulan dərilər içində, bəlkə nəsimin şəkilini yapışdırmışam, şamın duvarlarına......nəsimi, tanımırsan? Mox böyük şair, hətmən get onu ziyarət et, nə deyim, bilmirəm, bunu deyim ki dirən, ümidsiz olma, burda 35 milyon qardaşın var, 35 miliyon evin var, 35 miliyun dilin var, 35 miliyun lavaş çırəyi və qatığın var, 70 miliyun göz səni göləyir, siqaret çəkmə, cavansan, özünə yetiş, gündə idmana get.....bağışla unuddum sən savaşdasan, öz siyahimi oxudum sənə, sözü uazatmaya gəlməz, telfonu və adresimi yazıram, dilivi al və gəl, torpağıvı kərdilə və gəl, göləyirəm, şəmilə bərabər sənin nəsimi qoxunu gözləyirik, pükələri bərabər sayacayıq, qızıl gülləri birgə toplıyacayiq, ümidsiz olma Hələbdə Nəsimin Səsi yenədə ucalacaq......Tanrı sizi qorusun
Güneyli Bir Qardaşın
Rza Talibi
Bu xəbər oxucular tərəfindən 1415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed