06.07.2021 [10:56] - Xəbərlər, Mədəniyyət
F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələr arasında daha bir müsabiqəyə start verib. Məktəblilərin yay tətili zamanı asudə vaxtlarının səmərəli və faydalı keçirmələri baxımından bu müsabiqələrə qatılmaları olduqca əhəmiyyətlidir.
Əvəzolunmaz milli sərvətimiz olan Qarabağın tarix və mədəniyyət abidələri haqqında məlumatları uşaq və yeniyetmələr arasında daha geniş təbliğ etmək üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz fəaliyyəti istəqamətində 8 noyabr Zəfər gününə həsr olunmuş “İşğaldan azad olunan abidələrimiz” adlı 10-15 yaş məktəblilər arasında ümumrespublika əl işləri müsabiqəsi elan edib.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Müsabiqənin şərtlərinə əsasən, məktəblilər Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələrdən ibarət əl işləri təqdim etməlidirlər.
Əl işlərinin hazırlanmasında müxtəlif materiallardan (gil, papyemaşe, karton, taxta, şüşə və s.) istifadə oluna bilər.
Təqdim olunan əl işləri haqqında qısa məlumat (hansı rayonda yerləşir, işğal olunduğu və işğaldan azad edildiyi tarix və s.) verilməlidir.
“İşğaldan azad olan abidələrimiz” adlı ümumrespublika əl işləri müsabiqəsində iştirak etmək istəyən yeniyetmələr hazır əl işlərini iyulun 5-dən oktyabrın 15-dək kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.
İştirakçılar əl işləri ilə yanaşı özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidirlər.
Yekun olaraq noyabrın 5-də əl işlərindən ibarət sərgi təşkil olunacaq.

Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |