08.12.2012 [13:09] - Mədəniyyət
Əsasən rusdilli ifaçı kimi tanıdığımız müğənni Cahangir Qurbanov opera səhnəsinə gəldi.Hazırda Bakı Musiqi Akademiyasında ikinci ali təhsilini davam etdirən ifaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib.
Səsi və xarizmatik xarici görünüşü ilə rejissorların diqqətini cəlb edərək teatrda solist kimi işə başlayıb. Teatrda qısa müddətli fəaliyyətinə baxmayaraq, artık iki operada əsas rolları oynayır. O, "Leyli və Məcnun" operasında "Nofəl", "Sevil" operasında isə "Atakişi" obrazlarını yaradıb.
Canahgir Qurbanov ən böyük arzusunun məşhur La Skala Operasının səhnəsində çıxış etmək olduğunu deyir: "Hədəfim məşhur La Skala Teatrının səhnəsidir. Opera və Balet Teatrı kimi sənət ocağında xalq artistləri Azər Zeynalovla, Mənsum İbrahimovla eyni səhnəni bölüşmək, onlarla tərəf müqabili olmaq əlbəttə ki, mənə stimul və güc verir. İnanıram ki, bu arzuma çatacam."
Qeyd edək ki, Cahangir Qurbanov musiqisevərlərə “Yeni Ulduz 9” televiziya yarışmasından tanış olsa da, daha öncədən bir neçə mükafata layiq görülüb. 1997-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Estrada və Caz” müsabiqəsinin qalibi olub, 2002-ci ildə keçirilən “İpək Yolu” Beynəlxalq Gənclər Festivalında “Qran Pri” mükafatına layiq görülüb və nəhayət 2009-cu ildə “Yeni Ulduz-9” yarışmasının qalibi olub. 2010-cu ildən “Ultras Production” ilə əməkdaşlığa başlayıb. 2 albomu və 5 klipi var. 2011-ci ildə Berlində uğurlu solo konsert proqramı ilə çıxış edib.

Bu xəbər oxucular tərəfindən 1400 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |