07.07.2021 [14:06] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi məqsədilə davamlı və konstruktiv əməkdaşlıq haqqında memorandum imzalanıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, memorandumda Azərbaycan–Türkiyə ədəbiyyatlararası qarşılıqlı mübadilə¬lər çərçivəsində əsərlərin tərcüməsi və nəşri, kitablara dair təqdimatların, dəyirmi masa və onlayn-konfransların təşkili, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud və Türkiyə Yazarlar Birliyinin sədri, yazıçı Musa Kazım Arıcan tərəfindən imzalanıb.

Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |