Şrift:
FHN: Ötən sutka qeyri-çimərlik ərazilərdə batan üç nəfərin meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib
07.07.2021 [14:17] - Xəbərlər, Hadisə
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 93 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində iki nəfər xilas edilib. Həmçinin qeyri-çimərlik ərazilərdə - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun, Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun və Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 1711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed