08.07.2021 [13:54] - Xəbərlər, İslam dini
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizovanın “İslam tarixi” kitabı nəşr olunub.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, İslam tarixi dünya salnaməsinin 14 əsrlik bir zaman kəsiyində müsəlmanların üç qitədə qurduqları dövlətlərin inkişafı, daha geniş mənada isə hazırda dünya əhalisinin dörddəbirini təşkil edən 2 milyarda yaxın müsəlman xalqların keçdiyi yoldur. Bu əsər İslam tarixinin digər dövrləri ilə müqayisəedilməz dərəcədə əhəmiyyətli olan hissəsinin, Məhəmməd Peyğəmbər dövrünün siyasi tarixinə həsr olunub.
Kitab ilk dövr İslam tarixinin mənbələri, İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti, İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti, Hicaz bölgəsi və Məkkə, Məhəmməd Peyğəmbərin İslamaqədərki həyatı, Məhəmməd Peyğəmbərin Məkkədəki fəaliyyətləri, Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri, Məkkəlilərlə mübarizə, Qeyri-müsəlmanlarla münasibətlər və İslamın Ərəbistan yarımadasında yayılması fəsillərindən ibarətdir.
Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, institutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Bu xəbər oxucular tərəfindən 7268 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |