Şrift:
ÜST: COVID-19 səbəbi ilə dünyada 4 milyon insan həyatını itirib
08.07.2021 [14:00] - Gündəm, Sosial
"Peyvənd millətçiliyi" səbəbindən koronavirus hələ də dünyanın bir çox ölkəsində yayılır və dünya iqtisadiyyatının bərpasını təhlükə altına qoyaraq, mutasiyaya davam edir. Əsas səbəb peyvəndlərin ədalətsiz paylanmasıd BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bunu ÜST rəhbəri Cenevrədə keçirilən brifinqdə bildirib.

“Biz daha bir faciəvi mərhələdən keçdik - COVID-19 səbəbi ilə 4 milyon insan vəfat edib. Bu yalnız rəsmi məlumatlardır", - deyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Qebreyesus bildirib.

O qeyd edib ki, vətəndaşlarının əksəriyyətini peyvənd etməyi çatdıran bəzi ölkələr infeksiyaya qarşı immunitet müdafiəsini gücləndirməli olan əlavə vaksinasiya üzrə kampaniya başlatmağı planlaşdırırlar. Doktor Tedros Qebreyesus vurğulayıb ki, bu ölkələr məhdudiyyətləri ləğv edir və özlərini sanki pandemiya keçmişdə qalmış kimi aparırlar.

“Lakin, dünyada sürətlə yayılan yeni ştamlar və peyvəndlərin paylanmasında açıq-aşkar ədalətsizlik dünyanın bir çox ölkəsində, demək olar ki, planetin hər bölgəsində xəstəliyin yayılması və xəstəxanaya yerləşdirmə göstəricilərinin artmasına gətirib”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib.

"Nəticədə, yenə də oksigen və müalicə vasitələrinin kəskin çatışmazlığı ilə qarşılaşırıq və bu, Afrika, Asiya və Latın Amerikasının bəzi bölgələrində yeni ölüm halları dalğasına səbəb olur", - deyə o əlavə edib.

O, növbəti dəfə "peyvənd millətçiliyi"ni, ölkələrin ilk növbədə öz vətəndaşlarını peyvənd etmək istəyini kəskin tənqid edib. ÜST rəhbəri bunun təkcə əxlaqi baxımdan yanlış olduğunu deyil, eyni zamanda məntiqsiz olduğunu da xatırladıb: virus qalan ölkələrdə yayılmağa və mutasiyaya davam edir və getdikcə daha çox yoluxucu olur.

"Pandemiyanın bu mərhələsində dünyanın bəzi ölkələrində milyonlarla tibb işçisinin hələ də peyvənd olunmaması xüsusilə hiddət doğurur", - deyə doktor Tedros Qebreyesus vurğulayıb.

ÜST-nin məlumatına görə, COVID-19-a yeni yoluxma hallarının sayı keçən həftə bir qədər artıb, lakin ölüm nisbəti azalmağa davam edir - təxminən 54 min nəfər xəstəlikdən vəfat edib, bu, keçən ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Hazırda bütün dünyada 183 milyondan çox COVID-19-a yoluxma halı qeydə alınıb. Son həftə ərzində, Cənubi və Şimali Amerika ölkələri xaricində xəstələrin sayı hər yerdə artıb. Avropa regionunda yoluxma hallarında kəskin artım, Afrikada isə koronavirus infeksiyasından ölüm hallarında kəskin artım müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed