08.12.2012 [14:10] - Güney Azərbaycan xəbərləri, Hərb
İranın “Press TV” telekanalı bu ölkənin tutduğu “Boeing ScanEagle” uçan pilotsuz aparatı dekabrın 4-də nümayiş etdirib.
“Press TV” bildirir ki, aparat İran İslam Respublikasının üzərində casusluq missiyası yerinə yetirərkən tutulub.
İran təmsilçilərini sözlərinə görə, onlar kəşfiyyat aparatının idarəetməsini ələ keçiriblər, bundan sonra isə onu öz ərazilərində yerə endiriblər.
Daha öncə ABŞ hərbi-dəniz qüvvələri qəti şəkildə pilotsuz uçan aparat itirdiklərini təkzib ediblər. Bildiriblər ki, onların hamısı sərt uçot altındadır və birinin itirilməsi dərhal məlum olardı.
“Associated Press” isə bildirir ki, hər iki tərəf qismən doğru ola bilər, çünki ABŞ bu regionda “ScanEagle” istifadə edən tək ölkə deyil. Belə pilotsuz təyyarələr Birləşmiş Ərəb Əmirliklərinin ordusunda da var ki, bu ölkə on illərdir, İranla körfəzdəki bir sıra adaların üzərində mübahisədədir.

Bu xəbər oxucular tərəfindən 1483 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |