Şrift:
Azərbaycanın Gürcüstandakı səfiri: Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi əbədiləşdiriləcək
08.07.2021 [14:14] - Gündəm, Sosial
Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına Gürcüstanda yaşayan soydaşlarımızın da böyük töhfəsi olub. Soydaşlarımız müharibə dövründə təkcə maddi və mənəvi cəhətdən deyil, canları ilə də Azərbaycana dəstək olublar. Gürcüstandan olan və 44 günlük Vətən müharibəsində canından keçən 15 şəhidin xatirəsi əbədiləşdiriləcək.

Bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mədəniyyət naziri Anar Kərimovun Tbilisidə azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə deyib.

Diplomatın sözlərinə görə, Azərbaycanın şanlı Qələbəsinin ildönümü ərəfəsində gürcüstanlı qəhrəman şəhidlərin əziz xatirəsinin bu ölkədə əbədiləşdirilməsi istiqamətində iş aparılır.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed