09.07.2021 [13:38] - Gündəm, Sosial
Hava proqnozu mexanizmlərinin və təhlükəli iqlim hadisələri barədə ilkin xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi hər il təqribən 23 min insanın həyatını xilas etməyə kömək edəcək və 162 milyard dollar məbləğində iqtisadi səmərə gətirəcək.
Bu məlumatlar Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hidrometeorologiya sahəsində boşluqlar haqında yeni məruzəsində şərh edilir. Məruzə müəllifləri meteoroloji və iqlim xidməti standartlarının təkmilləşdirilməsinə dair tövsiyələr təqdim ediblər.
Ekspertlər əmindirlər ki, təhlükəli iqlim hadisələri barədə ilkin xəbərdarlıq sistemlərinə yatırılan investisiyaların müqabilində əldə ediləcək səmərə bu xərclərdən azı 10 dəfə çox ola bilər. Buna baxmayaraq hazırda səmərəli hidrometeoroloji xidmətlərə malik olan ölkələr cəmi 40 faiz təşkil edir. Ən az inkişaf etmiş ölkələrdə, o cümlədən inkişaf etməkdə olan kiçik ada-dövlətlərdə belə xidmətlərin inkişaf səviyyəsi çox aşağıdır.
İnkişaf etməkdə olan ölkələr atmosferi istixana qazları ilə başqa dövlətlərlə müqayisədə az çirkləndirirlər, lakin belə ölkələrə iqlim dəyişmələrinin nəticələrindən dəyən zərər gəlir səviyyəsi yüksək olan ölkələrlə müqayisədə 3 dəfə çoxdur.
ÜMT-nin baş katibi Petteri Taalas təşkilatın yeni məruzəsinə ön sözdə vurğulayır: “Zəruri məlumatlara əsaslanan meteoroloji və iqlim xidməti səmərəli uyğunlaşma tədbirlərinin əsasıdır”.

Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |