Şrift:
“Onlar Azərbaycana qarşı mübarizədə ən iyrənc, ən vəhşi üsullardan istifadə edib”
12.07.2021 [11:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Kimyəvi silahlardan istifadə, ekoloji terror bu qəbildən olan cinayətlərdəndir”

“Ermənistanın kimyəvi silahlardan istifadə etməsi ilə bağlı faktlar təbii ki, beynəlxalq miqyasda ictimailəşməli, bütün dünyanın diqqətinə çatdırılmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili Fərəc Quliyev bildirib. O, qeyd edib ki, Ermənistan sadəcə Vətən müharivbəsində deyil, ondan əvvəlki dönəmlərdə də ölkəmizə qarşı kimyəvi silahlardan istifadə edib, ekoloji cinayətlər törədib:
“Parlamentdə olanda Moldovada Metsamor AES-lə bağlı məsələ qaldırmışdım. Mənim məruzəm iştirakçılar tərəfindən də dəstəkləndi. Almaniyanın nümayəndə heyəti də orada bizim məruzəni dəstəklədi.

Ermənistan hər zaman beynəlxalq qanunlara zidd addımlar atıb, Azərbaycana qarşı mübarizənin ən iyrəng, ən vəhşi üsullarından istifadə edib. Ermənistanın kimyəvi silahlardan istifadə etməsi, ekoloji cinayətlər törətməsi də bu qəbildən olan cinayətlərdəndir. Ermənistan Metsamor tullantılarını Azərbaycan torpaqlarında basdırırdı. Onlar torpaqlarımızda narkotik plantasiyaları salmışdılar və narkotik maddələrin tranzit ərazisi kimi istifadə edirdilər.

Ermənistan sadəcə Vətən müharibəsində deyil, müharibədən öncə də bu cür cinayətlərə imza atıb. Odur ki, Ermənistanın törətdiyi bütün cinayətlər kimi bu cinayətlərin də ifşa edilməsi, Ermənistanın bu cinayətlərə görə də məsuliyyətə cəlb edilməsi vacibdir”.

Seymur ƏLİYEV/moderator.az
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed