12.07.2021 [13:59] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq muxtar respublika ərazisində meşələrin və meşəətrafı sahələrin, yaşıllıq zolaqlarının yanğınlardan qorunması və yanğına qarşı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə maarifləndirici səyyar seminar-müşavirə təşkil olunub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovniki Ehtiram Məmmədov təbiətin əvəzsiz neməti olan meşələrdə, meşə ətrafı sahələrdə və yeni salınmış meşə zolaqlarında yanğın təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsinin müdiri Şövqü Əliyev ətraf mühitin qorunması tələblərinin pozulması hallarının qarşısının alınması haqqında iştirakçıları məlumatlandırıb.
Meşələrdə, meşə ətrafı sahələrdə və yeni salınmış meşə zolaqlarında istirahət edən zaman yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının əhəmiyyətini qeyd edən Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət mayoru Hasil Məmmədov nazirlik tərəfindən bu sahədə görülmüş tədbirlər haqqında məlumat verib.
Tədbirdə iştirakçılara mövzu ilə bağlı yaddaş kitabçaları təqdim edilib.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |