13.07.2021 [13:49] - Xəbərlər, İqtisadiyyat
Məlum olduğu kimi, 2021-ci il iyulun 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə şənlik mərasimlərinin (toy, nişan, ad günü və sair) keçirilməsinə başlanıb. Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında monitorinqlər davam etdirilir. Monitorinq qrupları bu günə qədər 300-dən çox obyektdə olub, şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulun 12-də keçirilmiş monitorinqlər zamanı şadlıq saraylarında bu qaydalara əsasən riayət olunduğu müəyyən edilib. Lakin şənlik mərasimlərinin təşkil edildiyi bəzi məkanlarda müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb. Bu xüsusilə toylarda icazə verilən saydan artıq qonaqların gəlməsi, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə müvafiq sənədlərin olmaması ilə bağlıdır. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra pozuntu halları aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub. Şənlik mərasimlərinə nəzarəti həyata keçirən orqanlar bir daha vətəndaşlara müraciət edərək toy, nişan, ad günü və s. tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün təşkilatçılardan qonaqların say məhdudiyyəti amilini nəzərə almalarını, gələn qonaqların müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələrini tövsiyə edir. Eyni zamanda, şənlik mərasimlərinin təşkili ilə məşğul olan məkan sahibləri mövcud zalların ölçülərinə uyğun sifariş qəbul etməli, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) tam şəkildə təmin etməlidirlər.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |