13.07.2021 [14:32] - Gündəm, Mədəniyyət
Kiyev Milli Dilçilik Universitetində tanınmış Azərbaycan şairi Salam Sarvanla görüş keçirilib.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, görüşdə şairin yaradıcılığı, ötən il ukrain dilində Kiyevdə işıq üzü görmüş, Ukrayna oxucuları tərəfindən maraqla qarşılanmış “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdır dünya”) kitabı ətrafında fikir mübadiləsi aparılıb. Görüşün moderatoru Dövlət Tərcümə Mərkəzinin Ukrayna layihələri üzrə məsul katibi Marina Qonçaruk Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdən, Azərbaycan dilində Bakıda nəşr olunmuş “Müasir Ukrayna poeziyası antologiyası”, ukrain dilində Kiyevdə işıq üzü görmüş “Azərbaycan poeziyası antologiyası”ndan söz açıb.
Universitetin şöbə müdiri, filologiya elmləri namizədi Anastasiya Pojar xalqları ədəbiyyatları vasitəsilə bir-birinə yaxınlaşdıran belə tədbirlərin əhəmiyyətindən danışaraq ukraynalıların, Azərbaycan xalqı, onun milli xüsusiyyətləri, mədəniyyəti, özünəməxsusluğu haqqında ən dəqiq məlumatı Azərbaycan ədəbiyyatından aldığını bildirib.
Ümumdünya Poeziya Festivalının qalibi, tanınmış Ukrayna şairi Lesya Mudrak Salam Sarvanın şeirlərini tərcümə edərkən keçirdiyi hisslərdən, şairin özünəməxsus düşüncə tərzindən danışıb: “Bu yaradıcılıq, ətrafımızda hər gün gördüyümüz reallıqlarla bağlı olsa da, bütün bu yeknəsəkliyin içindən tamamilə fərqli bir gerçəkliyi üzə çıxarır. Ukrayna oxucusu bu şeirlərdə, ənənəvi semantika sərhədlərini xeyli genişləndirən, ən adi təzahürlərdə belə, peşəkar şair gözü ilə heyrətamiz çalarlar tutan, ənənəvi poetizmləri gözlənilməz məna və baxış bucaqlarından təqdim edən bir şairlə tanış olacaq”.
Daha sonra Salam Sarvan Azərbaycan ədəbi prosesinin özəlliyi, şairin yaradıcılıq yolu, şeirlərinin estetik məziyyətləri ilə bağlı auditoriyanın suallarını cavablandırıb.

Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |