Şrift:
İspaniya hökuməti elektromobillərin istehsalına təqribən 4,3 milyard avro vəsait ayıracaq
13.07.2021 [14:41] - Gündəm, Sosial
İspaniya hökuməti elektromobillərin işlənib-hazırlanması və istehsalına hazırlıq məqsədilə avtomobil sənayesinə 2023-cü ilədək 4,295 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Hökumətin hesablamalarına görə, avtomobil sektoruna yönəldiləcək bu vəsait qarşıdakı 3 ildə ümumilikdə 19 milyard avro sərmayənin ayrılmasını aktivləşdirir. Vəsaitin böyük hissəsi “Yeni nəsil Aİ” Fondundan daxil olur.

Ölkənin Baş naziri Pedro Sançesin sözlərinə görə, hökumətin məqsədi təkcə pandemiya qədər olan dövrə qayıtmaq deyil. 2030-cu ilədək ÜDM-i 15 faizə çatdırmaqdan ötrü avtomobil sənayesinin transformasiyasına kömək etmək lazımdır.

Hökumətin bu gün dərc edilən hesabatında qeyd olunur ki, təkcə elektromobillər istehsalı ÜDM-in 10,095 milyard avrodan 17,835 milyard avroya qədər artması və 141 min iş yerinin yaradılması ilə nəticələnə bilər.

Elektromobillərin istehsalı layihəsinin reallaşdırılmasında “SEAT” və “Volkswagen Group” kimi şirkətlər iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed