13.07.2021 [14:45] - Gündəm, İqtisadiyyat
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 3-də və 10-da özəlləşdirmə hərracları təşkil ediləcək.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, avqustun 3-ü keçiriləcək hərraca 15 kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili, avqustun 10-da təşkil olunacaq hərraca isə 17 nəqliyyat vasitəsi çıxarılacaq.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3c5wjt7)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |