Şrift:
Litvalı jurnalist Vətən müharibəsi dövründə aparılan faktaraşdırıcı missiyalar barədə məlumatlandırılıb
13.07.2021 [14:55] - Xəbərlər, Sosial
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Riçards Lapaitislə və çəkiliş qrupu ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, görüş çərçivəsində “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanan, Riçards Lapaitisin özünün birbaşa şahidi və iştirakçısı olduğu Birinci Qarabağ müharibəsini və qanlı soyqırımı aktını işıqlandıran “Sonsuz dəhliz” sənədli filmi müzakirə olunub.

Məlumat verilib ki, hərbi jurnalist Riçards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, eyni zamanda, bu film vasitəsilə erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və sonra ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed