15.07.2021 [10:28] - Xəbərlər, Sosial
Vətən müharibəsi dövründə Azərbaycan əsgəri ancaq qələbə əhval-ruhiyyəsində olub. 44 günlük Vətən müharibəsində hamının bir arzusu var idi: Nə olursa olsun, torpaqları azad etmək.
Bu sözləri əslən Marneuli rayonunun Yuxarı Saral kəndindən olan, bu gün el-obasına qayıdan qazimiz Əli Rzayev söyləyib.
Onun 44 günlük müharibədən sonra doğulub böyüdüyü kəndə qayıdışı Yuxarı Saralda əsl toy-bayram kimi qeyd olunub. Onun gəlişi ilə bağlı qurbanlar kəsilib, gələn qonaqlara süfrə açılıb.
Mətbuata açıqlama verən müharibə iştirakçısı Ə.Rzayev deyib ki, 44 günlük Vətən müharibəsində Daşkəsən və Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib.
Müharibə təəssüratlarını bölüşən qazi ilk növbədə Azərbaycan ordusunda yüksək əhval-ruhiyyənin olduğunu qeyd edib. Bildirib ki, bütün əsgərlər ancaq qələbə əzmində olublar.
Müharibə iştirakçısı Əli Rzayevin valideynləri sevinclərinin çox böyük olduğunu və bu sevinci bütün əsgər valideynləri ilə bölüşdüklərini söyləyiblər.

Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |