Şrift:
“ADY Konteyner” Türkiyənin ixrac yüklərinin Avropaya nəqlində iştirak edi
15.07.2021 [11:09] - Gündəm, İqtisadiyyat
“ADY Konteyner” MMC artıq Türkiyə ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinə öz töhfəsini verir. Belə ki, “ADY Konteyner” Türkiyənin nəqliyyat-logistika şirkəti olan “Pasifik Eurasia Logistics” ilə birgə yüklərin Türkiyədən Avropaya nəql edilməsi üzrə layihəyə başlayıb.

MMC-dən bildirilib ki, birgə layihə çərçivəsində Türkiyə istehsalı olan məhsulların Avropaya və əks istiqamətdə çatdırılması nəzərdə tutulur. Layihənin sonrakı mərhələlərində isə yüklərin Türkiyə vasitəsilə Azərbaycan-Avropa ölkələri arasında daşınması planlaşdırılır.

Layihənin ilkin mərhələsi çərçivəsində Türkiyə istehsalı olan izolyasiya materialları ilə yüklənmiş konteynerlər artıq “Pasifik Eurasia Logistics” şirkəti tərəfindən İstanbuldan Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola salınıb. Həmin konteynerlər Macarıstanda yenidən yüklənərək Türkiyə üçün nəzərdə tutulmuş idxal yüklərini əks istiqamətdə nəql edəcək.

Ölkəmizin tranzit imkanlarının və transkontinental nəqliyyat bağlantılarının gücləndirilməsi ilə yanaşı, “ADY Konteyner” Azərbaycan ərazisindən keçməyən marşrutlarda iştirak etməklə regionda müxtəlif logistik məhsullar təqdim etməyə çalışır. Bu addım nəqliyyat-logistika şirkəti olan “ADY Konteyner” MMC -nin daha çox logistika seqmentinin gücləndirilməsinə xidmət göstərəcək.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed