Şrift:
MDHP, Güney Azərbaycanda Milli Hökümətin 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə dəyirmi masa keçirdi
10.12.2012 [19:27] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
10 Dekabr Beynəlxalq İnsan Haqları günü və 1945-46-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökümətin 67-ci ildönümüdür.Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşəbüsü ilə 10 Dekabr 2012-ci il tarixində saat 14.00 da beynəlxalq mətbuat mərkəzində “Güney Azərbaycanda İnsan Haqlarının dünəni və bugünü” mövzusunda dəyirmi masa keçiridi.Tədbiri MDHP Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli açaraq azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyi üğrunda canlarını fəda etmiş şəhidlərimizi bir dəqiqəlik sikutla yad etdikdən sonra tədbirin mahiyyəti haqda qısa məlumat verdi.Əlirza Amanbəyli,Güney Azərbaycanda artıq kütləvi xarakter alan milli azadlıq hərəkatı haqda və İran rejimi tərəfindən həbs olunan milli fəallar haqda tədbir iştirkçilarına məlumat verdi.İlk söz MDHP Sədri Millət Vəkili Fərəc Quliyevə verdi. MDHP sədri tədbir iştirikçılarını salamlayaraq bildirdi ki,Milli azadlıq hərəkatının Güneyi,Quzeyi yoxdur Bütöv Azərbaycanın milli azadlıq hərəkatı var. Milli iradəmizin və uzun illərdən bəri xalqımızın apardığı mübarizə nəticəsində vətənimizin bir hisəsi öz istiqlalına nail olub lakin milli azadlıq hərəkatı hələ sona çatmayıb,biz vətənimizin işğal altında olan digər ərazilərini də işğaldan azad etmək üçün birlikdə mübarizə aparmalıyıq,İran rejimləri insan hüquq və azadlıqlarıilə əlaqədar qəbul etdiyi bütün beynəlxalq öhdəlkləri uzun illərdən bəri kobud şəkildə pozaraq milyonlarla azərbaycan türkünün ən ibtidaı haqlarını əlindən alıb və bu hüquqları tələb edən insanalra qarşı həbs,işkəncə,təqib və təziqləri davam etdirməkdədir..1945-46-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi və Azərbaycan xalqının iradəsiilə qurulan Milli Hökümət bir il sonra xəyanətlər nəticəsində məğlub edildi və on minlərlə Azərbaycanlı qədarcasına məhv edildi və sürgünlərə məruz qaldı.lkin bütün bunlara baxmayaraq Azərbaycan türklərinin milli azadlıq əzmini qıra bilmədi.Azərbaycan xalqı dəfələrlə sübut edib ki, heç bir zaman əsərətdə yaşamqla razılaşmayıb gec tez öz milli azdlıqına nail olacaq.MDHP sədrinin çıxışından sonra məruzə üçün söz Milli Elmlər Akademiyasının Güney Azərbaycan şöbəsinin rəhbəri və Milli Hökümətin canlı şahidi Doktor Əkrəm Rəhimliyə verildi. Əkrəm müəllim öz məruzəsində Güney Azərbaycanda 1945-46-ci illərdə Milli Hökümətin qurulma zərurəti və məğlubiyyət səbəbləri,həmçinin həmin tarixdən bugünə qədər Güney azərbaycanda insan hüquq və azadlıqlarının hakim rejimlər tərəfindən kobud şəkildə pozulması haqda tədbir iştirakçılarına geniş məlumat verdi.O məruzəsinin sonunda bildirdi ki, bügün Güney Azərbaycanda milli oyanışı qənaət bəxş hesab etmək olar ona görəki İran rejiminin rəsmiləri özləri etiraf etməyə məcbur olublar ki,Güney Azərbaycanda yenidən Pişəvəri dirilib.Mən əminəm ki, çox yaxınlarda biz Güney Azərbaycanın azadlıqının şahidi olacayıq və o günü biz sizlərlə birlikdə Təbrizdə bayram edəcəyik.

Tədbirdə,Klasik Xalq Cəbhəsi Partiyasının Sədri Mir Mahmud Mirəlioğlu,Bütov Azərbaycanın siyasi tarixinin tədqiqatçısı Aydın Mədətoğlu,DAK daimi şurasının sədri Əjdər Təqizadə,Bütöv Azərbaycan Ocaqlarının Sədri Zahir bəy,Yeni Nəfəs İctimai Birliyinin Sədr müvini Hüseyin Günəşlı, 21 Azər Təşkilatının nümayəndəsi Yədulla Nəmini,UAGK-in üzvü Hakim Əlincəli,MDHP Qərbi Azərbaycan Departamentinin rəhbəri Arif bəy və Bayram Abbasov,MDHP Gənclər Təşkilatının Sədri Seymur Həsənli və başqa tədbir iştirkçıları mövzu ətrafında öz fikir və təkliflərini bildirdilər.

MDHP Güney Azərbaycan Departamenti

MDHP, Güney Azərbaycanda Milli Hökümətin 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə dəyirmi masa keçirdi

MDHP, Güney Azərbaycanda Milli Hökümətin 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə dəyirmi masa keçirdi
Bu xəbər oxucular tərəfindən 1732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed