Şrift:
Astarada dövlət qulluqçularının neçə faizini qadınlar təşkil edir?
16.07.2021 [10:25] - Gündəm, Sosial
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, həyata keçirilmiş islahatlar nəticəsində ölkəmizdə müasir dövlət qulluğu sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, rayonda dövlət qulluqçularının sayı 117 nəfərdir. Onların 17,9 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının 2,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin dördüncü, 3,4 faizi beşinci, 9,4 faizi altıncı, 72,6 faizi yeddinci təsnifatı, 12 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər.

Onlardan 9,4 faizi 1 ilədək, 29,9 faizi 1 ildən 5 ilədək, 20,5 faizi 5 ildən 10 ilədək, 8,5 faizi 10 ildən 15 ilədək, 31,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 3,4 faizini 25 yaşadək, 14,5 faizini 25-29 yaşda, 7,7 faizini 30-34 yaşda, 12 faizini 35-39 yaşda, 10,3 faizini 40-44 yaşda, 6,8 faizini 45-49 yaşda, 11,1 faizini 50-54 yaşda, 18 faizini 55-59 yaşda, 14,5 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

Astarada dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 34,7 faiz artaraq 905,5 manat təşkil edib.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed