16.07.2021 [10:58] - Xəbərlər, Sosial
Gürcüstan paytaxtında Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar konfrans keçirilib.
Gürcüstan Strateji Araşdırmalar Mərkəzində (GSAM) reallaşan konfransda Gürcüstanın elm və ictimai xadimləri, Türkiyənin bu ölkədəki səfiri, TİKA-nın əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdi əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra 15 iyul dövlət çevrilişinə cəhdinin qarşısını alarkən şəhid olan insanların xatirəsi ehtiramla yad edilib.
Türkiyənin Gürcüstandaki səfiri Fatma Ceren Yazqan çıxış edərək 15 iyul şəhidlərinə rəhmət diləyib, həmin gecə türk xalqının göstərdiyi şücaətdən söz açıb. Səfir 15 iyul hadisələrində bilavasitə FETÖ terror təşkilatının əli olduğunu bildirib. F.C.Yazqan həmin gün baş verənlər haqqında ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb, sözügedən terror qruplaşmasının fəaliyyəti törətdiyi cinayətlər barədə faktları diqqətə çatdırıb.
Digər çıxış edənlər 15 iyul Türkiyənin legitim dövlətinə qarşı törədilmiş cəhdləri birmənalı şəkildə pisləyib.

Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |