Şrift:
Füzuli rayon sakini şikayətinə operativ qaydada baxılaraq həll olunmasına görə prokurorluq əməkdaşlarına minnətdarlıq edib
17.07.2021 [14:16] - Gündəm, Sosial
Füzuli rayonunun Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat məbləğində pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Y.Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Həmin videoçarx Baş Prokurorluğun mətbuat xidməti tərəfindən #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunub. Videoçarxda Y.Baxşalıyev şikayətinə operativ qaydada baxılmasına və məsələnin ədalətli həllinə görə prokurorluq əməkdaşlarına minnətdarlıq ifadə edib.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed