Şrift:
Yaponiyada hərracda nadir üzüm növünün bir salxımı 12,7 min dollara satılıb
17.07.2021 [14:32] - Gündəm, İqtisadiyyat
Yaponiyanın Kanazava şəhərində keçirilən hərracda nadir “Roma yaqutu” üzüm növünün bir salxımı 1,4 milyon yenə (12,7 min dollar) satılıb.

Kyodo agentliyinə istinadla xəbər verir ki, bununla Kanazava hərracında bu üzüm növünün satışında üçüncü dəfə rekord qeydə alınıb. Cari ildə həmin salxımı Tayvanda yapon ticarət şəbəkəsinə malik olan sahibkar alıb.

Qeyd edək ki, Yaponiyada “Roma yaqutu” üzüm növü 2008-ci ildə yapon seleksiyaçılar tərəfindən yetişdirilib. Bu üzüm növünün gilələri al qırmızı rəngdə olub, təqribən stolüstü tennis şarı boydadır. Onun meyvələri nazik qabığı və şirin dadı ilə seçilir. Standarta əsasən, bu elit üzüm növündə şəkərin miqdarı 18 faizdən yuxarı deyil və buna görə də delikates həvəskarları onu çox sevirlər.

Həmçinin bu gündoğar ölkədə bir sıra giləmeyvə və meyvə növləri yüksək qiymətə malikdir və bəzi hallarda onların qiyməti 10 min dollarla hesablanır.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed