17.07.2021 [14:50] - Gündəm, İdman
Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələrək Atletlər kəndində yerləşən əcnəbilər arasında koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Bu barədə iyulun 17-də Olimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb.
Qeyd edilir ki, yoluxma halı əcnəbi komandanın üzvündən götürülən test zamanı aşkar edilib. Məxfilik məqsədilə həmin şəxsin hansı ölkədən olduğu bildirilmir. NHK telekanalının yaydığı məlumata görə, həmin şəxs idmançı deyil.
“Tokio-2020” Olimpiya Oyunlarının təşkilat komitəsinin baş katibi Toşiro Muto bildirib ki, əcnəbi yığmasının üzvündə koronavirus gündəlik test zamanı aşkar edilib. Hələlik həmin şəxsin koronavirusa qarşı peyvənd olunması barədə məlumat verilmir.
Xatırladaq ki, Olimpiadaya qatılmaq üçün Yaponiya paytaxtına gələn bir neçə komandanın idmançısında yoluxma aşkar edilib. Lakin bu, ya aeroportda ya da komandanın yerləşdiyi ilkin təlim-məşq bazasında aşkar olunub. Bildirilir ki, bu, Atletlər kəndində qeydə alındığı ilk yoluxma haldır.
Qeyd edək ki, indiyədək İsrail, Uqanda və Serbiyadan olan idmançılarda və Nigeriya və Rusiyadan olan köməkçi heyətdə koronavirus aşkar edilib.
Əlavə olaraq bildirək ki, Olimpiya Oyunlarının başlamasına altı gün qalmış Yaponiyada koronavirusun yayılması ilə bağlı vəziyyət gərgin olaraq qalmaqdadır. Yaponiyanın paytaxtında gündəlik yoluxma halı min nəfərdən çox həddində qalır. Mərkəzi hökumət epidemioloji vəziyyət ağır olduğuna görə, iyulun 12-dən Tokioda dördüncü dəfə fövqəladə vəziyyət rejimi tətbiq edib və o, avqustun 22-dək qüvvədə qalacaq.

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |