17.07.2021 [14:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sosial şəbəkələrdə yayılam video və xəbərlərdə bildirilir ki, Xuzistan ərəblərinin rejimə qarşı başlatdığı xalq üsyanının ikinci günündə əyalətin 11 şəhərində küçələrə axışaraq su qıtlığına görə yaranmış ağır vəziyyətə görə hakimiyyətə qarşı şüarlar səsləndiriblər.
Bildirilir ki, Əhvaz, Xəfaciyyə (Susəngerd), Kut Abdulla, Şadqan, Abadan, Mahşəhr, Həmidiyyə və Xuzistan əyalətinin digər şəhərlərində keçirilən ümumxalq etirazlara yüz minlərlə ərəb sakini qatılıb.
Yayılan məlumatlara görə, Şadqan şəhərində isə dinc etirazçılar Əhvaz Azadlıq Hərəkatının bayrağını qaldıraraq, doğma ərəb dilində şüarlar səsləndiriblər.
“Mən susuzam”, “Su, su, çaylar susuzdur”, “Su mənim haqqımdır” və “Bizim çaylarımızın suyu hara getdi” şüarları səsləndirən etirazçılar hökumətin bölgəyə cəlb edilmiş silahlı qüvvələrinin hücumuna məruz qalıb.
Şadqan şəhərində isə gənc etirazçılardan biri polis qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində güllə yarası alaraq yerindəcə keçinib. Hökumətin öldürdüyü həmin dinc etirazçının adı hələlik mediaya açıqlanmayıb.
Nəticədə hökumət qüvvələrinin zorakılığını görən etirazçılar Əbdülxan şəhəri yaxınlığında Əhvazdan Əndimeşkə gedən yolu bağlayaraq, bölgəyə əlavə repressiv qüvvələrin gətirilməsinin qarşısını alıblar.

Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |