17.07.2021 [21:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Müsavat başqanı Arif Hacılı öz Facebook profilində Türkiyədə səfərdə olan Milli Məclisin nümayəndə heyətinin mərhum prezident Heydər Əliyevi abidəsini ziyarət etdikləri fotonu paylaşıb. O, REAL Partiyasının deputatı Erkin Qədirlini Heydər Əliyevin heykəli önündə foto çəkdirməsinə görə qınayıb. Müsavat başqanı ziyarətdə iştirak edən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə də sataşıb. Status belədir: “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli çox tez çatdı...”
Onun bu statusuna REAL-ın icra katibi Natiq Cəfərli cavab yazıb. Bundan sonra tərəflər arasında qarşılıqlı ittihamlar olub. N.Cəfərli E.Qədirlinin bu addımını kiçik səhv adlandırıb. Eyni zamanda Heydər Əliyevi hakimiyyətə AXC iqtidarının dəvət etdiyini xatırladıb. Bundan sonra hər iki siyasətçi arasında uzun-uzadı mübahisə yaranıb və qarışıqlı ittihamlar səslənib.
A.Hacılının statusundan çıxan nəticə odur ki, bir vaxtlar Heydər Əliyevə prezident deməyən, yazmayan indiki müxalifətin ötən əsrin 90-larından çıxan nəslinin mümayəndələrindən biri indi də onun heykəllərini ziyarət edənlərlə dalaşır. Bəs dövlətə rəhbərlik etmiş bir şəxsin heykəlinin ziyarət edilməsini qınamaq doğrudurmu? Deputatların Ankarada uyuyan Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməmələri necə, düzgün addımdırmı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Rəsulzadənin məzarı ziyarət edilərdisə, bu, çox yaxşı olardı:
“Əvvəla, onu deyim ki, bizim nümayəndə heyətinin protokol qaydaları var idi. Əgər ziyarət zamanı kimsə o qrupdan ayrılarsa, bu, doğru sayılmaz. Bu, dövlətə, dövlət ərkanına hörmətsizlik olar. Digər tərəfdən, əlbəttə, Ankarada olduqları müddətdə Məhəmməd Əmin Rəsulzadənin də məzarının ziyarət olunması çox yaxşı olardı. Əvvəldən razılaşdırma yolu ilə bunu rəsmi protokola da salmaq mümkün idi. Qeyri-rəsmi şəkildə də bunu etmək olardı. Bu, bizə lazım idi. Amma Heydər Əliyevin heykəlinin ziyarət olunması protokola salınıbsa, orada nümayəndə heyəti iştirak edibsə, buna irad bildirmək doğru deyil.
Birincisi, dünyasını dəyişmiş insanla mübarizə aparmazlar. İkincisi, kimin kim olmasından asılı olmayaraq, biz tarix yaşamışıq. Bu tarixdə mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev olub. İndi də ölkəyə rəhbərliyi İlham Əliyev edir. Bundan sonra başqaları da olacaq. İnsanların şəxsindən başqa bunlar həm də məqamdır. Biz tariximizə hörmətlə yanaşmalıyıq. Tarixin bir kəsimində ziddiyyətlər, fərqli düşünmələr ola bilər. Amma bunu ziyarət edib-etməmək kimi mübarizə forması seçmək uşaq hərəkətindən başqa bir şey deyil. Hesab edirəm ki, orada elə bir yanlışlıq yoxdur. Dövlət işini, protokol qaydalarını bilən adam düzgün davranmalıdır. Amma o qınaqla da razıyam ki, imkan var idisə, Rəsulzadənin məzarı ziyarət olunmalı idi. Bunu nümayəndə heyəti etsəydi, çox sevinərdim. Tarixdə müharibələr zamanı çox ağır döyüşlər olub. Qarşı tərəfdən ölən bir zabit olanda düşmən tərəfin zabiti onun yanına gəlir və hərbi salam verir. Yəni onun ölüsünə belə hörmət edir. Yazılmayan qaydalar var. Siyasi rəqabətdə dünyasını dəyişən adamla mübarizə aparmazlar".

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |