Şrift:
Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır
31.10.2011 [13:44] - Gündəm
Noyabrın 2-də dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti olacaq.

Noyabrın 2-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, axşama doğru isə tutulacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 1-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 2-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed