Şrift:
Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
23.07.2021 [11:39] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan və Rusiya münasibətləri tarixi köklərə əsaslanır. Rusiya Azərbaycanın strateji tərəfdaşıdır və ölkələrimiz arasında iqtisadi, siyasi, nəqliyyat və digər sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar olaraq iki ölkə arasında əlaqələrdə müəyyən problemlər oldu: "Biz tədricən ticari, iqtisadi və digər sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Əlaqələrin dinamikası qənaətbəxşdir. Bu ilin iyulundan Ələt İqtisadi Zonasının təməli qoyulub. Rusiya istehsalçıları, şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir”.

M.Cabbarov qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələdə ölkəmizə öz dəstəyini göstərib. Təbii ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və daha da genişləndirilməsi üçün regionda təhlükəsizliyin təminatı mühüm şərtdir.
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed