26.07.2021 [09:59] - Gündəm, İdman
İyulun 25-də Tokio Olimpiadasında qılıncoynatmanın kişilər arasında şpaqa növündə, qadınlar arasında isə rapira növü üzrə qaliblər müəyyənləşib.
Qadınlar arasında rapira növündə ABŞ idmançısı Lee Kiefer bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə rusiyalı İnna Deriqlazova, üçüncü yerdə isə digər rusiyalı (neytral) idmançı Larisa Korobeynikova qərarlaşıb.
Kişilərin şpaqa yarışında isə qızıl medalı fransalı Romain Kannone qazanıb. Macarıstanlı Gergeli Siklosi gümüş medal, Ukrayna idmançısı İqor Reizlin isə bürünc medala sahib olublar.
Qeyd edək ki, ölkəmizi qılıncoynatma yarışlarında qadınların sablya növündə çıxış edən Anna Başta təmsil edir.

Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |