Şrift:
Dayanma-durma qaydalarını pozan sürücülərlə maarifləndirici söhbətlər aparılıb
26.07.2021 [10:01] - Gündəm, Hüquq
Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
Bu xəbər oxucular tərəfindən 6383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed