Şrift:
Asif Qurban: ”Sinan Oğanın bu fikirləri diaspor komitəsindən dəstək alan təşkilatlara aiddir”- Müsahibə
11.12.2012 [10:53] - Müsahibə, Diaspor
Müsahibimiz, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, iqtisad elmlər doktoru Asif Qurbandır.

- Asif bəy, Türkiyə Böyük Millət Məclisinin (TBMM) azərbaycanəsilli millət vəkili Sinan Oğan bu günlərdə açıqlama verdi ki, Türkiyədə Azərbaycan diasporu yox səviyyəsindədir və s. fikirlər ölkə mediasında böyük səs küyə səbəb olub. Bu haqda nə deyə bilərsiniz?
- Elnur bəy, mən Sinan bəyin fikirlərini oxumuşam və onun dediklərində həqiqətlər çoxdur. İlk öncə onu qeyd edim ki, Sinan bəy dəyər verdiyimiz, Azərbaycanın milli maraqlarını təmsil olunduğu bütün yerlərdə qoruyan millət vəkilimizdir və böyük hörmətimiz var.
Sinan bəyin dediklərində də həqiqət var. Sinan bəy, diaspor iş görmür deməklə, hər halda Diaspor Komitəsi ilə əlaqədə olan təşkilatlatları nəzərdə tutub. Çünkü bu təşkilatlar bu qurumdan dolayı və birbaşa yolla dəstək alırlar. Ona görə, Sinan bəyin qeyd etdiyi fikirləri daha çox bu qurumlara aid edilməlidir. Bu gün Türkiyədə elə təşkilatlar var ki, heç bir qurumdan dəstək almadan fəaliyyət göstərirlər və ölkəmiz üçün hansısa işlər görürlər.
- Sizin özünüz Türkiyədə Azərbaycanın diasporunun güclənməsində xidmətlər olan insanlardansınız. Hətta, Xocalı soyqırımı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşünüz olub...
- 1995-ci ildən üzü bəri Türkiyədə Xocalı soyqırımı ilə bağlı əlaqəli yerli və beynəlxalq konfranslar, tədbirlər və mitinqlətlər təşkil etmişik. Vacib və önəmli görüşlərimiz gerçəkləşib. Düz qeyd etdiniz. Bu ilin yanvar ayında Dünya Azərbaycanlıları Konqresi idarə heyəinin üzvü kimi Türkiyə Böyük Millət Məclisinin sədri, hörmətli Cəmil Çiçək ilə başka mövzularla bərabər Xocalı soyqırımının TBMM-də gündəmə gəlməsi barəsində görüşümüz oldu. Hazırladığım materialları TBMM təqdim etmişəm. Hər bir TBMM millət vəkillərinə Xocalı faciəsini ortay qoyan CD vermişəm. Bu barədə AKP qrup başqan vəkili hörmətli Mustafa Elitaş, CHP qrup başqan vəkili Emine Ülker Tarhan və MHP qrup başqan vəkili hörmətli Mehmet Şandırla da görüşmüşəm. Yenə deyirəm Sinan bəy böyük ehtimalla Türkiyədə diaspor sahəsində iş görən çox azdır və ya bir iki şəxsi çıxmaq şərti ilə bağlı fikirləri, Diaspor Komitəsində dəstək alıb iş görməyənləri nəzərdə tutub.
Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed