Şrift:
“Tokio-2020”: Taekvondoçumuz yarışa qələbə ilə başlayıb
26.07.2021 [10:17] - Gündəm, İdman
Azərbaycanın daha bir idmançısı Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Səkkizdəbir final mərhələsində taekvondoçumuz Milad Beiqi Hərçəqani Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib. Rəqibini 15:11 hesabı ilə məğlub edən komandamızın üzvü dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed