Şrift:
Su üsyanı İranın daha bir neçə əyalətinə yayıldı: Şadqanda naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açdı
26.07.2021 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sosial şəbəkələrdə yayılan məlumata görə, iyulun 24-də Kürüstan əyalətinin Saqqız şəhərində, Əlbürz əyalətində və Şimali Xorasan əyalətinin Bocnurd şəhərində əhali küçələrdə yürüş keçirərək Xuzistan etirazçılarına dəstək nümayiş etdiriblər.


Bildirilir ki, Saqqız şəhərində Xuzistan ərəblərinə etiraz aksiyalarının keçirilməsinin ardınca şhər əhalisinə elektrik enerjiinin verilməsi dayandırılıb, internet məhdudlaşdırılıb, təhlükəsizlik qüvvələri isə etirazçıları dağıdaraq küçə və meydanlarda nəzarəti ələ alıblar.


Yayılan məlumatlara əsasən, Bocnurd şəhərində isə dinc etirazçılar küçələrdə yürüş keçirib, Xuzistan əhalisinə dəstək verərək hakimiyyətə qarşı şüarlar səsləndiriblər.


“İranlı ölər, zillətə dözməz”, “Biz islam respublikasını istəmirik”, “İslam Respublikasına ölüm” və “Ey qeyrətli bocnurdlu kənarda durun baxma, bizə qoşul dəstək ver” şüarları səsləndirən etirazçılar, səriştəsiz cinayətkar molla rejiminin ölkəni uçuruma aparmasına etiraz bildiriblər.


Həmin gün, Xuzistanın müxtəlif şəhərlərində əhalinin susuzluğa qarşı etirazları davam edib. Şadqan şəhərində isə yerli sakinlərə qarşı qanlı repressiyaların həyata keçirilməsində iştirak edən 4 polis əməkdaşı naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed