27.07.2021 [10:26] - Gündəm, İqtisadiyyat
Muxtar respublikanın Ordubad rayonunda qadınlar toxuculuq təlimlərinə cəlb olunublar.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, təlimdə sağlamlıq imkanları məhdud 14 qadın, aztəminatlı ailənin 3 üzvü və Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri olmaqla, 21 nəfər iştirak edib.
Təlimi istedadlı toxucu qadın Reyhanə Rəhimova əyani vəsaitlərdən istifadə etməklə keçib.
Toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlim “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilir. Bu ilin ötən dövrü ərzində Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında da təlimlər keçirilib.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |