Şrift:
“Tokio-2020”: Murad Fətiyev rəqibi görüşə çıxmadığı üçün səkkizdəbir finala yüksəli
27.07.2021 [10:38] - Gündəm, İdman
“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir.

Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb. On altıdabir final mərhələsində Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olub. Cüdoçumuzun rəqibi görüşə çıxmadığı üçün o, səkkizdəbir finala yüksəlib

Qeyd edək ki, cüdo komandamızın aktivində hələlik medal yoxdur. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) qazanıb – 5-ci yer.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed