Şrift:
Tehranda Xuzistana dəstək aksiyası keçirildi: “Diktatora ölüm” şüarı səsləndi
27.07.2021 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, etirazçılar hakimiyyətə qarşı şüarlar səsləndirib, islam respublikası rəhbərlərinin daxili və regional siyasətinə, ölkə əhalisinin, o cümlədən də Xuzistan sakinlərinin ağır iqtisadi durumuna etiraz bildiriblər.


“Diktatora ölüm”, "Xamneyi utan xəcalət çək, məmləkətdən əl çək”, “Top, tank, fişfişə, cəhənnəm olsun axund” və “Nə qəzzanı istəyirəm, nə də Livanı, canım İrana fəda olsun” şüarları səsləndirən dinc etirazçılar rejimin son 11 gündə Xuzistanda susuz və yoxsul əhaliyə qarşı apardığı qanlı repressiyaları pisləyərək, yerli ərəb xalqı ilə həmrəylik nümayiş etdiriblər.


Yayılan məlumata əsasən, polis və təhlükəsizlik qüvvələri etirazçıları dağıtsalar da, aksiyada həbs olunanların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.


Qeyd edək ki, son 11 gündə Xuzistan şəhərlərində susuzluğa qarşı keçirilən dinc etirazlarda ən azı 8 nəfər Xamneyi məmurlarının odlu silahlardan açdığı birbaşa atəş nəticəsində həlak olub, onlarla insan yaralanıb, 500-ə yaxın aksiyaçı həbs edilərək naməlum istiqamətə aparılıb.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed