Şrift:
Türkmənistan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi artıb
28.07.2021 [10:04] - Gündəm, Türk dünyası-Turan
Türkmənistan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb. 2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 49 faiz çox olub.

Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, Türkmənistanın Qazaxıstana ixracatı göstərilən müddətdə 80,3 faiz artıb.

Türkmənistandan qonşu ölkəyə əsasən pomidor və soğan daxil olmaqla digər kənd təsərrüfatı məhsulları, tekstil, polietilen, sürtgü yağları, neft və qaz məhsulları ixrac olunub.

Qazaxıstanın qeyd edilən dövrdə Orta Asiya ölkələri ilə ticarət dövriyyəsi ümumilikdə 34,7 faiz artaraq 2,3 milyard ABŞ dolları təşkil edib.
Bu xəbər oxucular tərəfindən 3086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed